SEÇİCİLƏRLƏ İŞ ÜZRƏ
MİLLİ MƏCLİSİN İCLASLARI
BEYNƏLXALQ FƏALİYYƏT
GƏNCLƏRLƏ İŞ ÜZRƏ
SOSİAL-İCTİMAİ MƏSƏLƏLƏR
DÖVLƏT QURUMLARI İLƏ ƏMƏKDAŞLIQ
MEDİA
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi
Martın 12-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin İnsan hüquqları komitəsi ilə birgə videokonfrans formatında iclası keçirilib. İclasın gündəliyinə 4 məsələ daxil edilib.
Tədbiri açan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli əvvəlcə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.
O, rəqəmsal texnologiyaların sürətli inkişafının və süni intellekt texnologiyalarının müxtəlif sahələrdə geniş tətbiqinin informasiya mühitinin transformasiyasına, yeni innovativ imkanların yaranmasına şərait yaratdığını, bununla yanaşı, qeyd olunan texnologiyaların yaratdığı imkanlardan qanunsuz və zərərli məqsədlərlə istifadə hallarının artdığını söyləyib. O, bildirib ki, bu cür hallar şəxsi həyatın toxunulmazlığına müdaxilə, habelə ictimai rəyin manipulyasiyası və cəmiyyətdə çaşqınlıq yaranması baxımından həmin sahədə müvafiq hüquqi mexanizmlərin formalaşdırılmasını zəruri edir.
Onlayn iclasda təqdim olunan məsələlərlə bağlı aparılan geniş fikir mübadiləsi zamanı parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev, deputatlar Azay Quliyev, Hikmət Məmmədov, Razi Nurullayev, Azər Allahverənov, Vüqar Rəhimzadə, Elman Nəsirov, Mübariz Qurbanlı, Əminə Ağazadə, Erkin Qədirli, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov, DİN-in Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Vüqar Ələkbərov, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi rəisinin müavini Yasin Mikayıllı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, DİN-in Baş Ictimai Təhlükəsizlik İdarəsinin şöbə rəisinin müavini İmran Əliyev çıxış edərək öz fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.
İclasda müzakirəyə çıxarılan qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Tədbirdə Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əli-zadə, deputatlar Kamal Cəfərov, Sabir Hacıyev, Nurlan Həsənov, Fəzail İbrahimli, Bəhruz Məhərrəmov, Nizami Səfərov, Səyyad Aran, Tural Gəncəliyev, Naqif Həmzəyev, İmamverdi İsmayılov, Mircəlil Qasımlı, Parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid, DİN Baş Təşkilat-İnspeksiya İdarəsinin rəis müavini - Hüquqi təminat idarəsinin rəisi vəzifələrini müvəqqəti icra edən Muraz Səmədov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Hüquq şöbəsinin rəisi Elgün Abdullayev və digər rəsmi şəxslər iştirak ediblər.